Beynəlxalq tərəfdaşlar

Azərbaycan Respublikasl Gənclər Təşkilatı Milli Şurası (NAYORA) 1995-ci ildə əsası qoyulan və 130 qeyri-hökümət təşkilatını özündə birləşdirən Azərbaycanın ən böyük gənclər platformasıdır. Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədlərindən biri də gənclərin və gənclər təşkilatlarının milli, regional, və beynəlxalq səviyyədə təmsil olunmasına dəstək göstərməkdir. Bu gün Milli Şura Azərbaycan gənclərini beynəlxalq səviyyədə təmsil etməklə dünyanın 150-dən çox ölkəsi, regional və beynəlxalq gənclər platformaları ilə birbaşa və dolayı yolla əlaqələrə malikdir.

3 əsas strateji istiqaməti əhatə edir :

1. İnstitusional tərəfdaşlarla əməkdaşlıq;

2. Beynəlxalq səviyyədə gənclərin təmsilçiliyi;

3. Beynəlxalq proqram və layihələrin icrası.

NAYORA son 5 ildə:
• 80 üzv təşkilatın xarici səfərlərdə təmsil olunmasına dəstək göstərmiş;
• 310 gəncin beynəlxalq tədbirdə iştirakının təmin etmiş;
• 140 beynəlxalq layihədə tərəfdaş qismində çıxış etmişdir.


Beynəlxalq Tərəfdaşlarımız,

Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar:

• BMT-nin İqtisadi və Sosia Şurası (ECOSOC)
• Avropa Birliyi
• Avropa Şurası
• Avropa Gənclər Forumu
• Dünya Türk Gənclər Birliyi
• Dünya Gənclər Assambleyası
• Pan-Afrika Gənclər Birliyi