«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin fəaliyyətinin 16 ili tamam olur

31 Yanvar 2021

«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin fəaliyyətinin 16 ili tamam olur

NAYORA- ya üzv təşkilat «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin fəaliyyətinin 16 ili tamam olur.

Bu münasibətlə NAYORA komandası olaraq onları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik ⭐

#DVC gənclər üçün dəyişikliklərə imkan yaradır!

Azərbaycanda 1998-cu ildən fəaliyyətinə “Debat” Təhsil proqramı kimi başlayan “Vətəndaş Cəmiyyətində Debat” İB 2001-ci ildə İctimai Birlik kimi təsis edilib, 2005-ci ilin yanvarın 31-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Hal hazırda Azərbaycanın ən böyük təşkilatlarından biri olan təşkilat fəaliyyət göstərdiyi istiqamətlərdə liderdir.

Təşkilatın missiyası müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2 dəfə ilin ən yaxşı gənclər təşkilati kimi xüsusi diplomla təltif olunub, 3 dəfə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülüb.

Fəaliyyətində 100-dən çox dövlət və özəl qurum, yerli, beynəlxalq təşkilatla əməkdaşlıq edir. İndiyədək əhatə etdiyi 45 mindən çox üzvü üçün 880-dən artıq debat, natiqlik, sahibkarlıq üzrə forumlar, 1000-dən artıq təlim, seminar, natiqlik məktəbləri, yerli və beynəlxalq layihələr həyata keçirib.

Respublika üzrə 13 regional nümayəndəliyi var və 3 fəal proqram ( Milli Debat Proqramı, “Youth Inc” Sahibkarlıq Proqramı, Azerbaijan Public Speaking Competition ) üzrə fəaliyyətini davam etdirir.

#NAYORA #DVC #azdebate #dvcpu