“20 Yanvar - Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

18 Yanvar 2019

“20 Yanvar - Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

18 yanvar 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “20 Yanvar Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə tarix elmləri doktoru, professor Kərim Şükürov, NAYORA-nın Baş katibi Hüseyn Məmmədov, Azərbaycan Tələbə Gənclər İttifaqının sədri Faik Məmmədov və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək 20 yanvar 1990-cı il tarixində Bakıda törədilən faciə ilə bağlı bəzi faktları və məlumatları gənclərin diqqətinə çatdırmışlar.
“Azadlıq Carçıları” filmində çəkilmiş, o cümlədən 1990-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin “Şirvan 2” gəmisinin baş köməkçisi olmuş Ağalar İbrahimov və “Komsomolun 40 illiyi” gəmisinin kapitanı olmuş Kərəm Məmmədov həmin dövrdə xalqımızın başına gətirilən faciənin canlı şahidi olaraq öz xatirələrini gənclərlə bölüşmüşlər.
Tədbirin sonunda “Azadlıq Carçıları” filmi nümayiş olunmuşdur.

#qanlıyanvar29 #blackjanuary29 #NAYORA