“2019 İqlim Sammiti” baş tutmuşdur

21 Sentyabr 2019

“2019 İqlim Sammiti” baş tutmuşdur

Tədbirin məqsədi: Gənc liderlərin qlobal problemlərin həllində rolunun artırılması, onların iqlim dəyişikliyi ilə bağlı fəaliyyət göstərən təkliflərini səsləndirməsi və həll yollarını təklif etməsi üçün əlverişli mühitin yaradılması

Tədbirin formatı və keçirilmə yeri: Sammit, ABŞ-ın paytaxtı Nyu-York şəhəri

Təşkilatçı(lar): BMT

İştirakçılar: ARGTMŞ-nın Beynəlxalq Əlaqələr üzrə katibi


21 Sentyabr 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən “DİM 13 – İqlim Dəyişikliyinə Qarşı Mübarizə”yə həsr olunan “2019 İqlim Sammiti” baş tutub.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (@mys.az) maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Beynəlxalq Əlaqələr üzrə katibi Zərifə Zülfüqarova da tədbirdə iştirak edib. 23 Sentyabr, 2019-cu il tarixində Antonio Qutarreş, BMT-nin Baş Katibi tərəfindən keçiriləcək “İqlim Aktivliyi Sammiti”nin mühüm bir hissəsi kimi 193 ölkənin gənc nümayəndəsinin iştirakı ilə keçirilib. Tədbirin iştirakçıları dünyanın bütün ölkələrindən 18-29 yaş arası “Dayanıqlı İnkişaf Məqsədləri”nin təbliğində və xüsusən, iqlim dəyişikliyinə qarşı mübarizədə fəal iştirak edən 500 gəncdən ibarət olub. 100 gənc iştirakçı BMT tərəfindən yaşıl bilet sahibi olaraq 143 ölkənin gənc nümayəndəsi isə öz ölkəsinin təklifi əsasında təqaüdlü əsaslarla iştirakçı olub.
Tədbirin əsas dinləyicisi BMT-nin baş katibi Antonio Quterreş, natiqlər sırasında isə dünya nüfuzlu ekoloji hərəkat üzrə aktiv Greta Thunberg iştirak edib.
Tədbirin başlıca məqsədi gənc liderlərin qlobal problemlərin həllində rolununun artırılması, onların iqlim dəyişikliyi ilə bağlı fəaliyyət göstərən təkliflərini səsləndirməsi və həll yollarını təklif etməsi üçün əlverişli mühitin yaradılmasıdır.
Sammit həmçinin inklüzivliyin, mədəniyyətlərarası dialoqun, hərkəs üçün bərabər imkanların yaradılmasının və ayrı-seçkiliyə qarşı mübarizənin vacib dəyərlər kimi gənc liderlərə aşılanması üçün əlvərişli imkan yaradıb.
BMT Baş Assemblyasının 74-cü iclasına həsr olunan həftədə, həmçinin BMT-nin müxtəlif orqanları tərəfindən gənclərin inkişafını və siyasi iştirakını dəstəkləmək üçün əlavə görüş və tədbirlər keçirilib. Zərifə Zülfüqarova bu tədbirlərdən UNMGCY təşkilatçılığı və UNFPA-nin dəstəyi ilə həyata keçirilən “UNMGCY High Level Week Youth Blast” konfransında iştitak etmişdir. Tədbirdə, NAYORA tərəfindən 2030 Gündəliyi üzrə həyata keçirilən tədbirlər və Azərbaycanın dayanıqlı inkişafla bağlı Milli Hesabatı barədə təqdimat göstərilmişdir.

#MysAz #NAYORA #AzeYouthPolicy #YouthStrategy