“30-cu Beynəlxalq Gənclər Forumu” baş tutub

16 İyul 2019

“30-cu Beynəlxalq Gənclər Forumu” baş tutub

Tədbirin məqsədi: İştirakçıların “Gənclərin cəlbolunması və İnklüzivlik” mövzusunda müxtəlif panellərdə iştirakı və müzakirəsi

Tədbirin formatı və keçirilmə yeri: Forum, Koreya Respublikasının paytaxtı Seul şəhəri

Təşkilatçı(lar): Koreya Respublikasının Gənclər Təşkilatları Milli Şurası

İştirakçılar: ARGTMŞ-nın Baş katibi


16-22 İyul tarixlərində Koreya Respublikasının paytaxtı Seul şəhərində 30-cu Beynəlxalq Gənclər Forumu baş tutub. Forum Koreya Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Koreya Respublikası Gender Bərabərliyi və Ailə Nazirliyinin, Dünya Gənclər Şurasının (WAY) və Koreyanın Psixologiya və Təhsil Assosiasiyasının tərəfdaşlığı ilə ərsəyə gəlmişdir.
Forumda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Hüseyn Məmmədov (@mammadoff) qurumu təmsil etmişdir.
16 İyul tarixində forumun rəsmi açılış mərasimi baş tutmuşdur. Açılış mərasimində Koreya Gənclər Təşkilatları Milli Şurasının prezidenti Suh Sang-Kee, Koreya Respublikasının Gender Bərabərliyi və Ailə naziri xanım Jin Sun Mee, Koreyanın Psixologiya və Təhsil Assosiasiyasının rəhbər nümayəndələri, Koreya Respublikasında fəaliyyət göstərən bir çox səfirliklərin rəhbər nümayəndələri və rəsmilər iştirak etmişdir.
17-18 İyul tarixlərində Forum, 45 ölkədən iştirak edən 200-ə yaxın iştirakçıların “Gənclərin cəlbolunması və İnklüzivlik” mövzusunda müxtəlif panellərdə iştirakı və müzakirəsi ilə start götürmüşdür.
Panellərin hər biri Koreya Respublikasının müxtəlif universitetlərində tədris işləri ilə məşğul olan peşəkar təlimçilərin rəhbərliyi ilə aparılmışdır və proses ümumilikdə 5 gün davam etmişdir. Müzakirələrin yekunu olaraq 20 İyul tarixində komandalar qrup müzakirələrinin yekunu olaraq təqdimatlar hazırlayaraq öz təklif və fikirlərini digər komanda yoldaşları ilə bölüşmüşdürlər.
19 İyul tarixində “AIESEC in Korea”nın təşkilatçılığı ilə iştirakçı ölkələrin mədəniyyətini, tarixini, mətbəxini əks etdirən “Global Village - Cultural Exchange Program (Mədəniyyətlərin mübadiləsi proqramı)” həyata keçirilmişdir.
Forumun 5-ci günündə iştirakçılar Koreya Milli Muzeyinə, Changdeok sarayına və Seul qülləsinə səfər etmiş və qeyd olunan məkanlar barədə məlumatlandırılmışlar.
Tədbirin son günü milli-mədəni konsertlər proqramı və iştirakçıların diplom və mükafatlarla təltif edilməsi ilə yekunlaşmışdır.


#AzGİN #NAYORA