“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi

12 May 2019

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi

Unicef-in maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı , Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(NAYORA) təşkilatçılığı ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə start verilib. 2 dekabr tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, UNICEF Azərbaycan və Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə ilk görüş keçirib.


#UNICEF #NAYORA