“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə seçilmiş İcra Hakimiyyətləri yanında Gənclərdən ibarət yerli məşvərət şurasının üzvlərinə təlimlər keçiriləcək.

17 Aprel 2020

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinə seçilmiş İcra Hakimiyyətləri yanında Gənclərdən ibarət yerli məşvərət şurasının üzvlərinə təlimlər keçiriləcək.

🗓18- 19 aprel 2020-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar, 📍Şəmkir, 📍Tovuz, 📍Qazax və 📍Bakı şəhər Xəzər rayonlarının İcra hakimiyyətləri yanında Məşvərət Şuralarına seçilmiş üzvləri üçün onlayn platforma üzərindən təlimlər keçiriləcək. Təlimlər İlkin Əliyevin təqdimatında ▶️"Effektiv nəticənin əldə olunmasında peşəkar sorğunun rolu" və Rüfət Mirfeyzullazadənin təqdimatında ▶️"Məşvərət Şurası üzvlərinin texniki bacarıqlarının inkişafı" mövzularında keçiriləcəkdir.

Baş tutacaq təlimlərdə hər rayondan 20 üzv olmaqla ümumilikdə 100 nəfər iştirak edəcəkdir.

#NAYORA #UNICEF #MYS #EU #YouthParticipation #YouthInclusion