“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin üzvləri üçün onlayn platforma üzərindən interaktiv təlimlər keçirildi.

19 May 2020

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin üzvləri üçün onlayn platforma üzərindən interaktiv təlimlər keçirildi.

16-17-18 may 2020-ci il tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar, 📍Şəmkir, 📍Tovuz, 📍Qazax və 📍Bakı şəhəri Xəzər rayonlarından olan üzvləri üçün onlayn platforma üzərindən interaktiv təlimlər keçirildi. Təlimlər ARGTMŞ-nın sədri Məryəm Məcidovanın təqdimatında "Emosional zəka" mövzusunda keçirilmişdir. Baş tutmuş təlimlərdə:
- Emosional zəka nədir?;
- Emosiyaların növləri;
- Emosional zəkalılığın psixoloji məqamları;
- Empatiya və simpatiya nədir? və s. mövzulara toxunulmuşdur.

Təlim müddətində iştirakçılar mövzu ətrafında müzakirələr aparmış, aktiv şəkildə sual-cavabda iştirak etmişlər.

Qeyd edək ki, keçirilmiş təlimlərdə hər rayondan 20 nəfər üzv olmaqla ümumilikdə 100 nəfər iştirak etmişdir.

Bunu da nəzərinizə çatdıraq ki, İcra Hakimiyyətləri yanında Gənclərin Yerli Məşvərət Şuraları üzvləri üçün ümumilikdə 5 müxtəlif mövzuda interaktiv təlimlər keçirilmişdir.

#NAYORA #UNICEF #MYS #EU #YouthParticipation #YouthInclusion