“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsininMəşvərət Şuraların sədr, sədr müavinləri və İctimaiyyətlə Əlaqələr üzrə katiblərinin iştirakı ilə görüş keçirilmişdir.

8 Avqust 2020

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsininMəşvərət Şuraların sədr, sədr müavinləri və İctimaiyyətlə Əlaqələr üzrə katiblərinin iştirakı ilə görüş keçirilmişdir.

▶️Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ▶️Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, ▶️UNICEF Azərbaycan texniki dəstəyi və ▶️Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin Biləsuvar, Bakı şəhəri Xəzər rayon, Şəmkir, Tovuz, Qazax rayon İcra Hakimiyyətləri yanında Gənclərin Yerli Məşvərət Şuraların sədr, sədr müavinləri və İctimaiyyətlə Əlaqələr üzrə katiblərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşün keçirilməsinin məqsədi müvafiq rayonların gəncləri arasında keçirilməsi nəzərdə tutulmuş sorğunun aparılma istiqamətlərini müzakirə etmək olmuşdur.

Qeyd edək ki,  25 avqustadək Məşvərət Şuraları üzvləri yaşadıqları rayonların gənclərinin problemlərini araşdırmaq və bu problemlərin həll yollarını təyin etmək məqsədilə sorğu aparacaqlar.
 
#NAYORA #UNICEF #MYS #EU #YouthParticipation #YouthInclusion