“Azərbaycan Gəncləri Günü" nə həsr olunmuş Respublika Toplantısı baş tutmuşdur

1 Fevral 2019

“Azərbaycan Gəncləri Günü" nə həsr olunmuş Respublika Toplantısı baş tutmuşdur


1 Fevral 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika Toplantısı həyata keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri və gənclər iştirak ediblər.
Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladaraq, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirdi.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır deyə qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova ilk öncə 2 Fevral Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edib.
Məryəm Məcidova “28 ildir ki, müstəqil dövlətik. Uğurla həyata keçirilən gənclər siyasətimizin bu il 25 ili tamam olur. 25 ildir ki, Azərbaycan gənci tarixi, milli və mədəni mənsubiyyətini qorunması yolunda daha da ciddi addımlar atmaqdadır. Biz beynəxlalq tribunalarda çıxış edərək “Mən müstəqil Respublikanın vətəndaşıyam deyə özümüzü təqdim edirik” deyə çıxışa başlayıb.
Bundan əlavə Məryəm Məcidova sədri olduğu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yarandığı gündən bu günə kimi necə böyük inkişaf yolu keçməsindən, qurumun fəaliyyət istiqamətlərindən, Gənclər Təşkilatları Milli Şurasının sıralarından çıxmış gənclərin bu gün mərkəzi və yerli icra orqanlarında, o cümlədən beynəlxalq təşkilatlarda və şirkətlərdə aparıcı mütəxəssislər kimi çalışaraq, bilik və bacarıqlarını dövlətimizin möhkəmlənməyinə və inkişafına yönləndirməsindən qısa məlumat verərək, gəncləri ölkəmizin ictimai həyatında daha da fəal iştiraka çağırmışdır.
Toplantı fəal gənclərin çıxışlarıyla, Cənab Prezident tərəfindən gənclərin Prezident mükafatı ilə təltif edilməsi ilə və Azərbaycan Respublikasının dövlət himninin səsləndir.