“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilmişdir

30 Sentyabr 2019

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilmişdir

 

Tədbirin məqsədi: Dövlət Proqramının icrası ilə əlaqədar ötən müddətdə həyata keçirilən tədbirlər, layihələr və Dövlət Proqramının əhəmiyyəti haqqında məlumat

Tədbirin formatı və keçirilmə yeri: İclas, Bakı şəhəri

Təşkilatçı(lar): “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurası

İştirakçılar: ARGTMŞ-nın sədri

30 sentyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 15-də imzaladığı müvafiq Sərəncamla təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın, müxtəlif dövlət qurumlarının, beynəlxalq, ictimai və gənclər təşkilatlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən tədbirdə ilk öncə Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək Dövlət Proqramının əhəmiyyətindən danışıb. Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Dövlət Proqramının icrası ilə əlaqədar ötən müddətdə həyata keçirilən tədbirlər, layihələr haqqında məlumat verib.
İclasın yekununda əlaqələndirmə şurasının üzvləri və gənclər təşkilatlarının rəhbərləri çıxışlarında proqram çərçivəsində görülən işlərdən danışıblar.

#NAYORA #AzeYouthPolicy #AzeYouthPolicy25 #GənclərSiyasəti