“Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və üzv gənclər təşkilatlarının rəhbər və nümayəndələri arasında görüş”

11 Yanvar 2019

“Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və üzv gənclər təşkilatlarının rəhbər və nümayəndələri arasında görüş”

1 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və üzv gənclər təşkilatlarının rəhbər və nümayəndələri arasında inteqrasiya imkanlarını gücləndirmək, gələcək layihələrdə aktiv şəkildə birgə fəaliyyət göstərmək və əməkdaşlığı daha da genişləndirmək məqsədilə görüş təşkil edilmişdir. Görüş zamanı yeni idarə heyəti üzvləri ilə qısa tanışlıqdan sonra NAYORA-nın sədri Məryəm Məcidova hal-hazırda davam edən və keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat verib. Görüş üzv təşkilatların sual və təklifləri ilə davam etmişdir.
#NAYORA #AzeYouthPolicy #YouthStrategy #YouthOrganizations