“Beynəlxalq Media Təlimi Düşərgəsi” adlı tədbir keçirilmişdir

16 Sentyabr 2019

“Beynəlxalq Media Təlimi Düşərgəsi” adlı tədbir keçirilmişdir

 

Tədbirin məqsədi: Təlimdə Anadolu Agentliyinin (AA) Xəbərlər Akademiyasının direktoru Alptekin Cihangir İşbilir və digər əməkdaşları 4 gün ərzində media ilə bağlı müxtəlif mövzularda ingilis dilində təlimlər keçiblər.

Tədbirin formatı və keçirilmə yeri: Təlim, Türkiyənin Samsun şəhəri

Təşkilatçı(lar): İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Türkiyənin Gənclər və İdman Nazirliyi və Anadolu Agentliyi

İştirakçılar: 1 nəfər ARGTMŞ könüllüsü

16-20 sentyabr 2019-cu il tarixində Türkiyənin Samsun şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Türkiyənin Gənclər və İdman Nazirliyi və Anadolu Agentliyinin (AA) təşkilatçılığı ilə “Beynəlxalq Media Təlim Düşərgəsi” adlı tədbir keçirilmişdir. 35 islam ölkəsindən təxminən 150 gəncin iştirakı ilə həyata keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr üzrə könüllüsü Tural İmanzadə iştirak etmişdir. Açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan iştirakçıları salamlayaraq təlim barədə ətraflı məlumat verib.
Təlimdə, Anadolu Agentliyinin (AA) Xəbərlər Akademiyasının direktoru Alptekin Cihangir İşbilir və digər əməkdaşları 4 gün ərzində media ilə bağlı müxtəlif mövzularda ingilis dilində təlimlər keçiblər.
Anadolu Agentliyinin (AA) 100 yaşına həsr olunmuş tədbirin yekununda təlimlərin birinci hissəni müvəffəqiyyətlə başa vuran gənc jurnalist namizədlərinə sertifikatlar təqdim edilib.


#NAYORA #AzeYouthPolicy #YouthStrategy