“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin Qurultayı keçirilmişdir

16 May 2019

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin Qurultayı keçirilmişdir

Tədbirin məqsədi: “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət strategiyasını müəyyənləşdirmək, təşkilatın daxili məsələlərini müzakirə etmək, ümumi fəaliyyətini qiymətləndirmək, İpək Yolu üzərində yerləşən digər xalqların mədəni irsinin təbliğində, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolunu artırmaq, gənclərin ittifaqın fəaliyyətində rolunu gücləndirmək

Tədbirin formatı və keçirilmə yeri: Qurultay, Bakı şəhəri

Təşkilatçı(lar): “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı

İştirakçılar: ARGTMŞ-nın sədri və ARGTMŞ-nın Baş katibi

16-19 May 2019-cu il tarixində Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının (@gsw_youth ) Baş Məclisinin Qurultayı keçirilmişdir.Qurultayda Böyük İpəkyoluna üzv olmağa namizəd təşkilatların təqdimatı və səs vermə nəticəsində seçki prosesi baş tutmuşdur. Qurultayda İttifaqa daxil olan 30 ölkədən 33 gənclər təşkilatının nümayəndəsi iştirak etmişdir.
Tədbirin əsas məqsədi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət strategiyasını müəyyənləşdirmək, təşkilatın daxili məsələlərini müzakirə etmək, ümumi fəaliyyətini qiymətləndirmək, İpək Yolu üzərində yerləşən digər xalqların mədəni irsinin təbliğində, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolunu artırmaq, gənclərin ittifaqın fəaliyyətində rolunu gücləndirməkdir.
Qurultayda ittifaqa üzv olmaq istəyən müxtəlif gənclər təşkilatlarının təqdimatı və üzvlüyə qəbulu ilə bağlı seçki prosesi, həmçinin, Böyük İpək Yolunun növbəti 2 il ərzində yeni sədrinin seçki prosesi də həyata keçirilmişdir. Səs vermə nəticəsində Böyük İpək Yolunun sabiq baş katibi Aytən Əliyeva yeni sədri seçilmişdir. Qeyd edək ki, tədbirdə və seçki prosesində NAYORA-nın sədri Məryəm Məcidova və Baş katibi Hüseyn Məmmədov iştirak etmişdir.
Aytən xanımı yeni sədr seçilməsi münasibətilə təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

#NAYORA #GreatSilkWay