“Dahi Azərbaycanlı” filminin təqdimatı keçirilmişdir

14 İyul 2019

“Dahi Azərbaycanlı” filminin təqdimatı keçirilmişdir

Tədbirin məqsədi: Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illik yubileyi

Tədbirin formatı və keçirilmə yeri: Film təqdimatı, Bakı Gənclər Mərkəzi

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: ARGTMŞ-nın Baş katibi, ARGTMŞ-nın Yerli Layihələr üzrə katibi, 1 nəfər ARGTMŞ könüllüsü və gənclər təşkilatlarının nümayəndələri

 

14 İyul 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində (@bakuyouthcenter) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə "Dahi Azərbaycanlı" filmi təqdim olunub. Görüşdə gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Filmin təqdimatı Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, film Ümummilli liderin həyat və yaradıcılığı, siyasi və ictimai fəaliyyəti və ulu öndərin ölkəmiz üçün gördüyü əvəzsiz xidmətlərdən bəhs etmişdir.


#NAYORA #AzeYouthPolicy