“Daxil olun! Gənclər Həftəsi” tədbiri keçirilmişdir

7 İyul 2019

“Daxil olun! Gənclər Həftəsi” tədbiri keçirilmişdir

 

Tədbirin məqsədi: 4 il əvvəl Avropa Şurası tərəfindən tətbiq olunan “Daxil olun!” təqdimatının nəticələrinin elan olunması və Avropa Şurası ölkələrində gənclər sektorundaki boşluqlar haqqında təlimlər və tədbirlər keçirilməsi

Tədbirin formatı və keçirilmə yeri: Təlimlər modulu, Fransanın Strazburq şəhəri

Təşkilatçı(lar): Avropa Şurası

İştirakçılar: 1 nəfər ARGTMŞ könüllüsü


7-12 İyul 2019-cu il tarixində Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) könüllüsü Asif Qurbanov Fransanın Strazburg şəhərində Avropa Şurası tərəfindən keçirilən “Daxil olun! Gənclər Həftəsi” tədbirində iştirak etmişdir. Tədbir zamanı 4 il əvvəl Avropa Şurası tərəfindən tətbiq olunan “Daxil olun!” təqdimatının nəticələri və Avropa Şurası ölkələrində gənclər sektorundaki boşluqlar haqqında təlimlər və tədbirlər keçirilmişdir. “Daxil olun! Gənclər Həftəsi” tədbiri üzv ölkələr və digər tərəfdaş ölkələrdən olan gənclər və gənclər sektorunun işçiləri tərəfindən fiziki məhdudiyyətliliyi olan gənclərin sosial hüquqlara aid olan proqramının həyata keçirilməsi prosesini nəzərdən keçirmək üçün şərait yaradıb. Tədbir Avropa Şurasının 70 illik yubileyinə və Fransa Nazirlər Komitəsinin sədrliyi çərçivəsində təşkil edilib.
Tədbir zamanı Asif Qurbanov “Daxil olun!” təqdimatının davamlılığını təmin olunması yönündə çıxış etmiş və təqdimatın gənclər tərəfindən daha əlçatan olunması üçün fikrini bildirmişdir.
Qeyd edək ki, tədbirdə 48 ölkədən 300 nəfər gənci təmsil olunmuşdur.


#NAYORA #AzeYouthPolicy #YouthStrategy