“Dünya Şəhərlər Günü” tədbiri keçirilmişdir

29 Oktyabr 2019

“Dünya Şəhərlər Günü” tədbiri keçirilmişdir

Tədbirin məqsədi:İqlim dəyişikliyi, dayanıqlı şəhərləşmə, nəqliyyat, enerji məsələlərin müzakirəsi və digər qlobal dünya problemlərinə həll yolları tapmaq

Tədbirin formatı və keçirilmə yeri:Forum,Rusiyanın Yekaterinburq şəhəri

Təşkilatçı(lar):BMT

İştirakçılar:ARGTMŞ-nın Yerli Layihələr üzrə katibi


29-31 oktyabr 2019-cu il tarixində Rusiyanın Yekaterinburq şəhərində bugünkü və gələcək şəhər həyatı səviyyəsinin yüksəldilməsində innovasiyalar mövzusuna yönələn “Dünya Şəhərlər Günü” tədbiri keçirilmişdir. Tədbirdə BMT İnsan məskunlaşma proqramının icraçı direktoru Maimunah Mohd Sharif və BMT İnformasiya Mərkəzinin Moskva rəhbəri Vladimir Kuznetsov çıxış edərək gələcək həyat səviyyəsinin şəhərlərdən asılı olaraq dəyişdiyini bildirmişdir. 40 ölkədən 650-dən çox iştirakçının rol aldığı tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Millik Şurasının Yerli layihələrin idarəolunması departamenti üzrə katibi Azər Əliyev “Gənclər təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədləri hədəflərinə çatılmasında və şəhər xidmətlərində rəqəmsal inovasiyaların təşviqində rolu" mövzusunda panel iştirakçısı kimi çıxış etmiş, NAYORA və onun fəaliyyətləri haqqında ətraflı məlumat vermişdir. Tədbir iştirakçıları öz fikirlərini paylaşaraq iqlim dəyişikliyi, dayanıqlı şəhərləşmə, nəqliyyat, enerji məsələlərini müzakirə etmiş, qlobal dünya problemlərinə həll yolları tapmağa çalışıblar.
Sonda BMT İnsan məskunlaşma proqramının icraçı direktoru şəbəkələşmənin və təcrübə paylaşımının önəmini, qarşıda görüləcək xeyli iş olduğunu vurğulayaraq bu tədbir son deyil, başlanğıc olduğunu bildirmişdir.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy