“Fəal Gənclər Təşkilatlarının mükafatlandırılması” mərasimi baş tutmuşdur

2 Fevral 2019

“Fəal Gənclər Təşkilatlarının mükafatlandırılması” mərasimi baş tutmuşdur

2 Fevral 2019-cu il, saat 11:00-da Gənclər Günü münasibətilə “Bakı Gənclər Mərkəzi”ndə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində "Fəal Gənclər Təşkilatlarının mükafatlandırılması” mərasimi baş tutub.
İlk olaraq çıxış edən NAYORA-nın sədri Məryəm Məcidova ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycanın 20 ildən uzun müddətdir ki, bu günü bayram kimi qeyd etməsinin çox sevindirici hal olduğunu bildirərək, gənclər siyasətindən və dövlət tərəfindən gənclərə verilən dəyərdən danışıb.
Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova yeni istifadəyə verilmiş mərkəzlə bağlı təqdimat keçirərək, Bakı Gənclər Mərkəzində həyata keçiriləcək layihələr, planlar və xidmətlərlə bağlı geniş məlumat vermişdir.
Tədbirdə həmçinin NAYORA-nın 2019-cu il üzrə fəaliyyət planını, növbəti il ərzində həyata keçiriləcək proqramlar, layihələr və kampaniyalar barədə ətraflı məlumat vermişdir.
Daha sonra NAYORA tərəfindən "Fəal gənclər təşkilatlarının müxtəlif nominasiyalar üzrə təltifi" mərasimi keçirilmişdir. Fəal gənclər təşkilatlarına mükafatlandırılmasında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da iştirak etmişdir.
Eyni zamanda "Gənc Könüllülər" proqramının, "Azərbaycan Gəncliyinin 100 Siması" kampaniyasının təqdimatı və "Gənc Elçilər" proqramının hesabatı və yekunu ilə bağlı proqram iştirakçılarını mükafatlandırılması, "Gənclər təşkilatların 2018-ci il fəaliyyətinin videoçarxı"nın təqdimatı da tədbir ərzində baş tutub.