“Gələcəyə doğru” adlı tədbir keçirilmişdir

15 İyun 2019

“Gələcəyə doğru” adlı tədbir keçirilmişdir

Tədbirin məqsədi:Məzun günü

Tədbirin formatı və keçirilmə yeri:Sərgi,Bakı Konqres Mərkəzi

Təşkilatçı(lar):Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu

İştirakçılar:ARGTMŞ-nın Ictimaiyyətlə Əlaqələr üzrə katibi

15 İyun 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi (@edugovaz) , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (@mys.az) və Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz) birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində məzun gününə həsr olunmuş “Gələcəyə doğru” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) da təmsil olunmuşdur. Gənclər NAYORA-nın stendinə yaxınlaşaraq qurumun fəaliyyət istiqamətləri, onlara təqdim edilən imkanlar barədə geniş şəkildə məlumat əldə etmişlər.

#GələcəyəDoğru #geleceyedogru #NAYORA