“Gənc talantların kəşf edilməsi” mövzusunda konfrans keçirilib

11 Aprel 2019

“Gənc talantların kəşf edilməsi” mövzusunda konfrans keçirilib

11-12 Aprel 2019-cu il tarixində Slovakiyanın Bratislava şəhərində 50 nəfərin iştirakçılığı ilə "Gənc talantların kəşf edilməsi" mövzusunda konfrans keçirilmişdir. Tədbirin açılış nitqini Slovakiya Respublikası Təhsil, Elm və İdman Nazirliyinin Gənclər Departamentinin rəhbəri İvan Hromada elan etmişdir.
Gənclərin istedadlarının müəyyənləşdirilməsi və menecment mövzusuna həsr olunan konfransda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Layihələr üzrə katibi Türkan Quliyeva Azərbaycanda gənclər sahəsində bu istiqamət üzrə mövcud müasir trendlər, yeni yanaşmalar, üsul və vasitələr mövzusunda çıxış etmişdir. Beynəlxalq səviyyədə əməkdaşlıq quruculuğu nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyan tədbir, gələcək fəaliyyətlər üçün yeni ideyalar və istiqamətlərə stimul olacaqdır.
Qeyd edək ki, konfransın ümumi məqsədi, istedadlı gənclərin inkişafını dəstəkləmək və V4, EAP proqramları arasında potensialın inkişaf etdirilməsi sahəsində irəliləyiş əldə etmək məqsədilə müzakirə üçün bir platforma yaratmaqdır. Konfransın digər əsas məqsədi, ümumi potensialı inkişaf etdirmək, imkanları az olan istedadlı gəncləri sistemli şəkildə dəstəkləmək, qeyri-formal təhsildə onların identifikasiyası məsələsini müzakirə etmək və gənclər sahəsində təcrübələri paylaşmaqdan ibarətdir. Konfransın gedişatında yeni yanaşmalardan istifadə etmək, potensialı aşkarlamaq, sektorlar arasında əməkdaşlığı vurğulamaq və marginallaşma riski altındakı gənclərlə iş sahəsində fəaliyyət göstərən şəxslərin potensialını artırmaq kimi mövcud problemlərə diqqət yetirmək hədəflənmişdir.


#NAYORA #AzeYouthPolicy