“Gənclər arasında yeni çağırışlara və təhlükəli təhdidlərə qarşı mübarizə sahəsində gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığı” adlı forum keçirilib

26 Aprel 2019

“Gənclər arasında yeni çağırışlara və təhlükəli təhdidlərə qarşı mübarizə sahəsində gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığı” adlı forum keçirilib

 24-26 aprel, 2019-cu il tarixində Qırğızıstanın 🇰🇬 paytaxtı Bişkek şəhərində Qırğızıstan Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Gənclər arasında yeni çağırışlara və təhlükəli təhdidlərə qarşı mübarizə sahəsində gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığı" adlı forum keçirilmişdir. Forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə Qırğızıstan Respublikası Gənclər Təşkilatları Milli Şurası arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya , Tacikistan  və Özbəkistandan  100-ə yaxın gənc, gənclər sektoru işçiləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas mahiyyəti gənclər siyasətini inkişaf etdirmək və gənclərlə işin yaxşılaşdırılması sahəsində ölkələr və təşkilatlar arasında uzun və səmərəli əməkdaşlığın başlanması üçün başlanğıc nöqtəsinin qoyulmasıdır.
Tədbirdə iştirak edən NAYORA-nın sədri Məryəm Məcidova e-nəslinin (i-generation) nümayəndələri olan gənclərin imkanları və vəzifələri haqqında panel müzakirəsində çıxışı zamanı, hal-hazırkı dövrdə internetin və yeni texnologiyaların tətbiqinin diqqət mərkəzində olmasından və e-nəsilin bu prosesdə iştirakı, gənclərin istifadəsi zamanı daha effektiv və fəal şəkildə iştirakçılığının artırılması və necə tətbiq olunması barədə öz fikirlərini bölüşüb.
Sonda NAYORA və Qırğızıstan Respublikası Gənclər Təşkilatları Milli Şurası arasında gənclər siyasəti üzrə fikir mübadilələri aparılmış, bu sahə üzrə beynəlxalq və regional təcrübələrini bölüşmüş, hər iki qurum arasında gələcək əməkdaşlıq və gənclər siyasəti üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti barədə müzakirələr həyata keçirilmişdir.
#NAYORA #AzeYouthPolicy