“Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursu keçirilmişdir

1 İyul 2019

“Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursu keçirilmişdir

Tədbirin məqsədi: Gənclər sektorunda fəaliyyət göstərən gəncləri və QHT-ləri insan haqları sahəsində nifrətə qarşı təşəbbüskarlığını və onlayn aktivlik sahələri üzrə məlumatlandırmaq və potensialını inkişaf etdirmək

Tədbirin formatı və keçirilmə yeri: Təlim kursu, Bolqarıstanın Bansko şəhəri

Təşkilatçı(lar): Erasmus+ Proqramı və Alternativ International təşkilatı

İştirakçılar: ARGTMŞ-nın əməkdaşı və 1 nəfər ARGTMŞ könüllüsü


1-7 iyul 2019-cu il tarixində Bolqarıstanın Bansko şəhərində Erasmus + Proqramı və Alternativi International təşkilatının təşkilatçılığı ilə “Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursunun 1-ci günü yekunlaşmışdır. Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) əməkdaşları Fəxrəddin Əli və Fatimə Vəliyeva iştirak edirlər. 10 ölkədən 30 gənci birləşdirən təlim kursunun əsas məqsədi gənclər sektorunda fəaliyyət göstərən gəncləri və QHT-ləri insan haqları sahəsində, nifrətə qarşı təşəbbüskarlığını və onlayn aktivlik sahələri üzrə məlumatlandırmaq və potensialını inkişaf etdirməkdir. Təlimin hədəf qrupu, təlim çərçivəsində bu sahələr üzrə zorakılıq əleyhinə onlayn kampaniyaların həyata keçirilməsi barəsində yeni təcrübələrə yiyələnəcəklər.
Təlimin ilk günündə iştirakçılar təlim kursu barəsində ətraflı məlumat əldə edərək, gün ərzində keçiriləcək fəaliyyətlər və tapşırıqlar ilə tanış olmuşdur. İştirakçılar “Şəhər axtarışı” adlı tapşırıq çərçivəsində yerli əhali ilə tanışlıq, şəhər meri ilə foto, mənzərəli yerlərin çəkilişi kimi fəaliyyətlər həyata keçiriblər. Növbəti sessiyada təşkilatların bir-birilərinin fəaliyyətləri ilə tanışlıq məqsədi çərçivəsində sərgi keçirilmişdir. Sərgidə NAYORA-nın fəaliyyət istiqamətləri və missiyaları, ümumi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

#NAYORA #AzeYouthPolicy