“Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransı keçirilmişdir

18 May 2019

“Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransı keçirilmişdir

Tədbirin məqsədi: Gənclər təşkilatlarının nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri qarşısında təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin dayanıqlı inkişafına töfhə vermək və onlara dəstək olmaq

Tədbirin formatı və keçirilmə yeri: Konfrans, ADA Universiteti, Bakı şəhəri

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: 130 gənc


18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransı keçirilmişdir.
Layihə, BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilmişdir.
Konfransın məqsədi gənclər təşkilatlarının nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri qarşısında təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin dayanıqlı inkişafına töfhə vermək və onlara dəstək olmaqdır.
Layihənin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir.
Qeyd edək ki, regiondan gələn iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri təşkilatçı tərəfindən təmin edilmişdir.
Konfransda çəkilən şəkilləri sizə təqdim edirik.
Daha çox şəkil əldə etmək üçün linkə daxil ola bilərsiniz: http://bit.ly/2VLPrpY


#NAYORA #heçkimkənardaqalmasın #AzGF #GenclerFondu #AzGİN #ADA #UNDP #GənclərDİMnaminə #Nooneleftbehind #Youth4SDGs