“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının 1-ci panel spikerləri

12 Noyabr 2019

“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının 1-ci panel spikerləri

20-22 dekabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının iştirakı əsasında "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransının digər 4 təlimçisi də müəyyənləşdi.

Layihənin məqsədi NAYORA-ya üzv olan və üzv olmayan gənclər təşkilatları arasında şəbəkənin genişləndirilməsi, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın, əlaqə şəbəkəsinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının yerli və beynəlxalq donorlarla əməkdaşlığının möhkəmləndirilməsi və layihələrə düzgün müraciət bacarıqlarının inkişaf etdirilməsidir.

#AzGF #GenclerFondu #NAYORA #HədəfimİZ #FəaliyyətimİZ #NəticəmİZ