“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının səbəbləri

28 Noyabr 2019

“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının səbəbləri

20-22 dekabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının iştirakı əsasında "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransı keçiriləcək.

Layihənin məqsədi NAYORA-ya üzv olan və üzv olmayan gənclər təşkilatları arasında şəbəkənin genişləndirilməsi, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın, əlaqə şəbəkəsinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının yerli və beynəlxalq donorlarla əməkdaşlığının möhkəmləndirilməsi və layihələrə düzgün müraciət bacarıqlarının inkişaf etdirilməsidir.

 "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransının səbəbləri aşağıdakılardır:

  • Hədəflərimizi müəyyənləşdirmək;
  •  Fəaliyyət strategiyamızı planlaşdırmaq;
  •  Şəbəkələşmək;
  •  Analitik təhlil ve tədqiqat bacarıqlarımızı inkişaf etdirmək;
  •  Nəticələrimizi dayanıqlı etmək

Ümumilikdə 3 günlük konfrans və 110 gənclər təşkilatı nümayəndəsinin iştirakı hədəfə alınmışdır.

Konfransda iştirak edəcək iştirakçılar Bakıda və ölkəmizin regionlarında fəaliyyət göstərən 18-35 yaş arası olan ARGTMŞ-ya üzv olan və üzv olmayan təşkilatlarının sədrləri, idarə heyətinin üzvləri və nümayəndələri olacaq.

Qeydiyyat üçün link: https://bit.ly/2KHfI1f

#AzGF #GenclerFondu #NAYORA #HədəfimİZ #FəaliyyətimİZ #NəticəmİZ