“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı”nın son günü uğurla başa çatdı

23 Dekabr 2019

“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı”nın son  günü uğurla başa çatdı

22 dekabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının və gənclər evlərinin  iştirakı əsasında "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransının son günü uğurla baş çatdı.

Günün başlanğıcında Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıllı “Fəaliyyət Planının Hazırlanması” haqqında simulyasiyasını həyata keçirdi.

“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransının sonuncu günündə 3 mövzudan ibarət vörkşoplar təşkil olunmuşdur. Vörkşoplarda “The Greater Middle East” layihəsinin və Hajizade Group şirkətinin təsisçisi və rəhbəri Əli Hacızadə “PR və SMM” mövzusunda, Bakı Hesabat Mərkəzinin direktoru, Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini Mehdi Babayev “Maliyyə savadlılığı” mövzusunda, Azərsun Holdinqin Təlimləndirmə və İnkişaf şöbəsinin rəhbəri Elçin Əzimli “Liderlik və Emosional Zəka” mövzusunda təlimlər keçirildi.

Günün ikinci yarısında gənclər təşkilatlarının və gənclər evlərinin nümayəndələri tərəfindən 2020-ci üçün fəaliyyət planı hazırlandı.

#AzGF #NAYORA #HədəfimİZ #FəaliyyətimİZ #NəticəmİZ #AzeYouthPlanning