“Gənclər və sosial hüquqlar üzərində məcburi vəzifə” adlı tədbir keçirilmişdir

25 İyun 2019

“Gənclər və sosial hüquqlar üzərində məcburi vəzifə” adlı tədbir keçirilmişdir

Tədbirin məqsədi:Gənclərin keyfiyyətli təhsil və məşğulluğu, evsizlik probleminin aradan qaldırılması, inkluziv cəmiyyətin yaradılmasında gənclərin rolu, keyfiyyətli iş mühitinin yaradılması və gənclərin vergi və təqaüd mövzularında savadlılığının artırılması
Tədbirin formatı və keçirilmə yeri:Təlim kursu, Belçikanın paytaxtı Brüssel şəhəri
Təşkilatçı(lar):Avropa Gənclər Forumu
İştirakçılar:ARGTMŞ-nın Beynəlxalq Əlaqələr üzrə katibi

25-26 İyun 2019-cu il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Gənclər Forumu tərəfindən " Gənclər və sosial hüquqlar üzərində məcburi vəzifə" adlı tədbir keçirilmişdir. Tədbirdə müxtəlif Avropa ölkələrinin gənclər təşkilatlarının sədrləri, gənclər sahəsi üzrə mütəxəssislər və gənc işçilər iştirak ediblər.Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Beynəlxalq Əlaqələr üzrə katibi Zərifə Zülfüqarova da iştirak etmişdir.
Tədbir əsasən təlim, müzakirə və məşvərət hissələrindən ibarət olmuşdur. Təlimlər vergi və gənc məsələləri üzrə “Aksiya Yardımı” təşkilatının eksperti Lis Cunha, “FEANTSA” evsiz gənclər təşkilatının üzvü Robbie Stakelum, “EuroHealthNet” təşkilatının siyasi koordinatoru Dorota Sienkiewicz və Yaş platforması təşkilatı tərəfindən keçirilmişdir.
Təşkilat üzvləri öz işləri zamanı üzləşdiyi problemləri və həll yollarını bölüşüblər. Müzakirə mövzuları əsasən gənclərin keyfiyyətli təhsil və məşğulluğu, evsizlik probleminin aradan qaldırılması, inkluziv cəmiyyətin yaradılmasında gənclərin rolu, keyfiyyətli iş mühitinin yaradılması və gənclərin vergi və təqaüd mövzularında savadlılığının artırılması üzrə keçirilmişdir.
Tədbirin yekunu kimi ortaya qoyulan həll yolları ilkin təkliflər formasında Avropa Gənclər Forumuna təqdim olunmuşdur.Yaxın zamanlarda müzkirələrin və təkliflər toplusunun çap olunaraq Avropa səviyyəsində bölünməsi nəzərdə tutulur.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy #EuropeanYouthForum