“Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilmişdir

22 May 2019

“Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilmişdir

Tədbirin məqsədi: BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək

Tədbirin formatı və keçirilmə yeri: Konfrans, Gəncə şəhər Heydər Əliyev Mərkəzi

Təşkilatçı(lar): Yeni Azərbaycan Partiyası və Gəncə Şəhər İcra Hakimiyyəti

İştirakçılar: ARGTMŞ-nın sədri


Yeni Azərbaycan Partiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.
BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan konfransın iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfrans Azərbaycanda inkişafın dayanıqlılığının təmin olunması istiqamətində işlərə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə qoşulmaqla başlanılıb. Daha sonra konfrans işi iki paneldə davam etdirilib.
Konfransda çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova panellərdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verib. Məryəm Məcidova 18 May 2019-cu il tarixində NAYORA-nın təşkilatçılığı ilə ADA Universitetində keçirilən "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransı barədə ətraflı məlumat verərək, layihənin davamlılığının təmin edilməsi məqsədi ilə təşkil olunacaq təlimlərin Gəncədə fəaliyyət göstərən Gənclər Evində həyata keçiriləcəyini də elan etmişdir.
Daha sonra konfransda qeyd olunan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb, gənclərin sualları plenar üzvləri tərəfindən ətraflı cavablandırılıb, Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.

#NAYORA #DİMNaminə