“Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinə başlandı

10 Fevral 2020

“Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinə başlandı

9 fevral 2020-ci il tarixində Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Gürcüstanda “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin həyata keçirilməsinə başlandı.

Təlim prosesində 5 ölkədən olan 10 gənc həssas qrupdan olan gənclərin inklüzivliyi və bu istiqamətdə qarşılaşdıqları çətinlikləri bölüşüblər.

Təlim iştirakçıları Norveç psixoloqu Erik Eriksonun psixoloji inkişaf nəzəriyyəsi haqqında məlumatlandırılmış və qrup işində bu nəzəriyyənin praktiki olaraq iş prosesində tətbiq olunma yollarını müzakirə etmişdirlər.

Günün sonunda iştirakçılar qruplara ayrılaraq, gənclərin inklüzivliyinin artırılması və risk faktorlarını müzakirə etmiş və fiziki, sosial, psixoloji aspektdən təhlillər aparmışdırlar.

#VisegradFund #YouthWork #V4 #Socialinclusion #Youthpower #Youthparticipation