“High Level Political Forum” (Yüksək Səviyyəli Siyasi Forum) üçün hazırlıq məqsədi daşıyan görüş keçirilmişdir

1 Mart 2019

“High Level Political Forum” (Yüksək Səviyyəli Siyasi Forum) üçün hazırlıq məqsədi daşıyan görüş keçirilmişdir

1-2 mart 2019-cu il tarixində Belçikanın 🇧🇪 paytaxtı Brüssel şəhərində BMT- nin gəncliyə və dayanıqlı inkişaf məqsədlərinə dair "High Level Political Forum"-u (Yüksək Səviyyəli Siyasi Forum) üçün hazırlıq məqsədi daşıyan, eyni zamanda, Azərbaycanın 🇦🇿 da bu il Milli Könüllü Hesabat verdiyi və bu səbəblə də, NAYORA-nın sədri Məryəm Məcidovanın iştirak etdiyi görüşdə Forumda baş tutacaq mövzular haqqında danışıqlar həyata keçirilib.
Məlumat üçün bildirək ki, "Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi"- nin həyata keçirilməsi, monitorinqi və nəzərdən keçirilməsi prosesində gənclər təşkilatlarının iştirakını təşviq etmək səylərinin bir hissəsi olaraq, Avropa Gənclər Forumu, 2030-cu il Gündəliyinə doğru (Milli Könüllülük Hesabatı prosesi) irəliləyiş əldə etmiş ölkələrin Milli Gənclər Şuralarının nümayəndələri və Birləşmiş Millətlər Təşkilatının 2019-cu ildə baş tutacaq Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edəcək gənclərdən ibarət nümayəndə heyəti ilə görüş təşkil edilmişdir.

#NAYORA #AzeYouthPolicy