“İnternet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirildi.

8 İyul 2020

7 iyul 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “İnternet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans baş tutmuşdur.

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair məsələlərdə, sosial şəbəkələrdə və internet platformalarında daha fəal şəkildə Azərbaycan həqiqətlərinin yayılmasında  Gənclər Təşkilatlarının fəaliyyətini genişləndirmək və bununla bağlı İşçi qruplarının yaradılması və xüsusi təlimatların keçirilməsi və maarifləndirmə işi aparmaq olmuşdur.

Onlayn formatda baş tutmuş konfrans ümumilikdə 60-a yaxın Gənclər Təşkilatının rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Konfransın açılışında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru cənab Fərid Cəfərov, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin Sədri cənab Nurəddin Mehdiyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri cənab Rəşad Əzizov , Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri xanım Məryəm Məcidova mövzu ilə bağlı fikirlərini bölüşmüşdür.  Konfrans Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Azər Əliyevin moderatorluğu ilə həyata keçirilmişdir.