“Könüllülər ili” ilə əlaqədar keçirilən konfransda bəyannamə qəbul edilib

15 May 2020

“Könüllülər ili” ilə əlaqədar keçirilən konfransda bəyannamə qəbul edilib

9 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Millət vəkilləri və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə onlayn formatda "Könüllülər ili" və gənclər təşkilatlarının fəaliyyəti ilə əlaqədar onlayn konfrans keçirildi.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə 2019-cu il 30 dekabr tarixli Sərəncamının mühüm əhəmiyyətindən bəhs olunub.

“Könüllülər ili” ilə əlaqədar gənclər və könüllülər təşkilatlarının iştirakı ilə keçirilən konfransın yekununda birgə bəyannamə imzalanıb. Bəyannamədə deyilir:

- Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır;

- Könüllülük fəaliyyəti vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir;

- Könüllülər koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər;

- Könüllülər koronavirus pandemiyası ilə mübarizənin ön xəttindədirlər;

Azərbaycan Respublikası Gənclər təşkilatları Milli Şurası da bəyannaməni imzalayıb. Konfransda ARGTMŞ-nın sədri Məryəm Məcidova iştirak etmişdir.