“Media və İnformasiya Savadlılığının artırılması LAB” adlı tədbir həyata keçirilmişdir

28 Avqust 2019

“Media və İnformasiya Savadlılığının artırılması LAB” adlı tədbir həyata keçirilmişdir

Tədbirin məqsədi: Saxta xəbərlər və yanlış məlumatlar, kiberhücum (virtual hücum), cinsiyyətçilik, rəqəmsal təhlükəsizlik və Media və İnformasiya Savadlılığı ilə əlaqəli bir çox digər mövzuların həll edilməsi

Tədbirin formatı və keçirilmə yeri: Təlim-vorkşop, Estoniyanın paytaxtı Tallin şəhəri

Təşkilatçı(lar): Estoniya Milli Agentliyi, Erasmus+ və SALTO Resurs Mərkəzi

İştirakçılar: ARGTMŞ-nın İctimaiyyətlə Əlaqələr üzrə katibi

28-30 Avqust 2019-cu il tarixində Estoniya Milli Agentliyi, Erasmus+ və SALTO Resurs Mərkəzinin təşkilatçılığı ilə 25 ölkədən 35 iştirakçı və media mütəxəssisləri ilə birlikdə yeni keyfiyyətli layihələrin hazırlanması və yaradılması üçün Estoniyanın paytaxtı Tallin şəhərində bir araya gələrək “Media və İnformasiya Savadlılığının artırılması LAB” adlı tədbir həyata keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayeva iştirak edərək, müxtəlif ölkələrdən olan mütəxəssislər və təlimçilər tərəfindən keçirilmiş təlim və vorkşoplarda fəal iştirak edərək digər iştirakçılarla öz fikir və ideyalarını bölüşmüşdür. “Media və İnformasiya Savadlılığı LAB” Laboratoriyasında interaktiv şəkildə həyata keçilirən tədbirdə saxta xəbərlər və yanlış məlumatlar, kiberhücum (virtual hücum), cinsiyyətçilik, rəqəmsal təhlükəsizlik və Media və İnformasiya Savadlılığı ilə əlaqəli bir çox digər mövzuları həll edilmişdir. Belə ki, iştirakçılar Media və İnformasiya Savadlılığı (MIL) haqqında məlumat əldə edərək, həm də mütəxəssislər və digər iştirakçılar ilə birgə fikir mübadiləsi apararaq öz layihələrini reallaşdırmaq üçün bilik və bacarıqlarını artırıblar. Əlavə olaraq, digər "MIL hack" və MIL haqqında faydalı, praktik və yaradıcı layihə, fikir və konsepsiyalar ilə tanış olublar. Mövcud ideyaları olan iştirakçılar bu yöndə maliyyə imkanlarını artırmaq üçün konsepsiyalarını və layihə üzrə planlarını daha da inkişaf etdiriblər.
#MIL #MILskills #NAYORA #AzeYouthPolicy #YouthStrategy