“Medianın qadın zorakılığına təsiri” mövzusunda üçüncü ictimai görüşü baş tutdu.

27 İyun 2020

“Medianın qadın zorakılığına təsiri” mövzusunda üçüncü ictimai görüşü baş tutdu.

26 iyun 2020-ci il tarixində NAYORA-nın və “Gender Talk” təşəbbüs qrupunun təşkilatçılığı ilə “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı ictimai müzakirələr silsiləsinin “Medianın qadın zorakılığına təsiri” mövzusunda üçüncü ictimai görüşü baş tutdu.
İctimai müzakirələr silsiləsinin üçüncü ictimai görüşü Gender Bərabərliyi üzrə mütəxəssis və Pedaqoq Zümrüd Cəlilovanın, Avropa Şurası Təlimçilər Bazasının üzvü Pərvanə Məmmədovanın, Feminist, gender aktivist Nisə Hacıyevanın təqdimatında, Gənclərlə iş sahəsində Ekspert Məryəm Məcidovanın moderatorluğu ilə həyata keçirildi.
İctimai müzakirənin keçirilməsində məqsəd qadınlara qarşı istifadə olunan stereotiplərin, qadın və qızların zorakılıq hallarının mediada əks olunması istiqamətlərini, medianın zorakılıq hallarının qarşısının alınmasında rolunu müzakirə etmək və bununla bağlı bir sıra təkliflər vermək olmuşdur.
İctimai görüşdə aktivistlər, feministlər, ictimai fəallar və qadın hüquqları ilə maraqlanan şəxslər iştirak etmiş və öz fikirlərini bölüşmüşdür.
Görüşdə iştirakçıların mövzu ilə bağlı təklifləri  də nəzərə alınmış və qeyd olunmuşdur.
İctimai müzakirədə iştirak edən bütün şəxslərə dərin təşəkkürümüzü bildiririk və növbəti görüşlərdə də iştirak etməyə dəvət edirik.
Nəzərinizə çatdırmaq istərdik ki, növbəti ictimai müzakirənin mövzusu ilə bağlı məlumatlar səhifəmizdə paylaşılacaq.

#QadınZorakılığınaYox  #LetYourVoiceBeHeard