“Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin gənclərlə iş üzrə Şurasının iclası”

14 Noyabr 2019

“Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin gənclərlə iş üzrə Şurasının iclası”

14 noyabr tarixində Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilib.
Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Şuraya üzv olan nümayəndələri və ekspertləri iştirak ediblər.
Şuranın iclası çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb. Daha sonra “Baku Crystall Hall”un Media Mərkəzində “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin final mərhələsi ilə bağlı sərgi təşkil olunub. 15 noyabr tarixində isə "Baku Crystall Hall"un Media Mərkəzində “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin müsabiqəsinin qalibi olan gənclərin mükafatlandırılması mərasimi keçirilib. 2 gün keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər əməkdaşları da iştirak edib.

#NAYORA #MysAz #MysGovAz #AzeYouthPolicy #YouthStrategy