“Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gənclər Təşkilatlarının V Forumu” tədbiri baş tutmuşdur

17 Dekabr 2019

“Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gənclər Təşkilatlarının V Forumu” tədbiri baş tutmuşdur

12-15 dekabr 2019-cu il tarixlərində Moskvada MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının təşkil etdiyi “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gənclər Təşkilatlarının V Forumu” tədbiri baş tutmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını təmsil edən "NAYORA"-nın idarə heyətinin üzvü Lalə Əlizadə NAYORA-nın fəaliyyəti, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermiş və gələcəkdə MDB-yə üzv olan ölkələrin gənclər təşkilatları ilə icra edilə biləcək layihələri müzakirə etmişdir. 
Üç gün davam edən forumun proqramına MDB-də gənclər siyasəti sahəsində beynəlxalq və regionlararası əməkdaşlığa yönəlmiş layihələrin təqdimatları daxil idi. Tədbir çərçivəsində, həmçinin “MDB məkanında Davamlı İnkişaf Məqsədlərinə çatmaqda gənclərin rolu”, “Rəqəmsal gündəmdə gənclərin rolu” və “MDB üzvü olan ölkələrin xalqlarının irsinin qorunub saxlanması və artırılması” bölmələri təşkil edilmişdir. Lalə Əlizadə “MDB məkanında Davamlı İnkişaf Məqsədlərinə çatmaqda gənclərin rolu” mövzusu üzrə həm moderatorluq, həm də çıxış etmişdir. 
Forumun sonunda federal, respublika, regional gənclər ictimai təşkilatlarının nümayəndələri, gənclər hərəkatlarının liderləri və Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası və Özbəkistan Respublikasından olan gənclər, layihə rəhbərləri qətnamənin yaradılmasında iştirak etmişdilər. 
Bu qətnaməyə DİM üzrə Gənc Səfirlər proqramını davam etdirmək, MDB ölkələrində gənclər təşkilatlarının məlumat platformalarının yaradılması və II Dünya Müharibəsinin 75 illiyi ilə əlaqədar layihələrin həyata keçirilməsi tövsiyə edilmişdir.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy