“Nifrət nitqinə qarşı gənclər sektorunun fəaliyyəti” adlı təlim kursu keçirilmişdir

10 İyun 2019

“Nifrət nitqinə qarşı gənclər sektorunun fəaliyyəti” adlı təlim kursu keçirilmişdir

Tədbirin məqsədi:Gənclər sektorunda əməkdaşlığı təşviq etmək, gənclər təşkilatlarının insan haqları sahəsində, eyni zamanda, nifrətə qarşı təşəbbüskarlığını və bu sahə üzrə layihələr həyata keçirmək potensialını inkişaf etdirmək, Avropa səviyyəsində nifrət nitqinə qarşı sosial fəallığı və gənclər sektorunda fəaliyyət göstərənlər arasında media savadlılığını artırmaq, kiber hücum ilə mübarizəyə sövq etmək

Tədbirin formatı və keçirilmə yeri:Təlim kursu, Bolqarıstanın Bansko şəhəri

Təşkilatçı(lar):Erasmus+ Proqramı və Alternativ International təşkilatı

İştirakçılar:ARGTMŞ-nın Ofis Meneceri və 1 nəfər ARGTMŞ könüllüsü


10-17 İyun 2019-cu il tarixində Bolqarıstanın Bansko şəhərində Erasmus + Proqramı və Alternativi International təşkilatının təşkilatçılığı ilə “Nifrət nitqinə qarşı gənclər sektorunun fəaliyyəti” adlı təlim kursu keçirilmişdir. 10 ölkədən 30 gənci birləşdirən təlim kursunun əsas məqsədi gənclər sektorunda əməkdaşlığı təşviq etmək, gənclər təşkilatlarının insan haqları sahəsində, eyni zamanda, nifrətə qarşı təşəbbüskarlığını və bu sahə üzrə layihələr həyata keçirmək potensialını inkişaf etdirmək, Avropa səviyyəsində nifrət nitqinə qarşı sosial fəallığı və gənclər sektorunda fəaliyyət göstərənlər arasında media savadlılığını artırmaq, kiber hücum ilə mübarizəyə sövq etməkdir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) ofis meneceri Elvin Ağasıyev və Beynəlxalq Əlaqələr üzrə könüllüsü Nigar Abdullazadə təlim kursunda iştirak edərək gərəkli məlumatları mənimsəmiş, həmçinin NAYORA təcrübələrini paylaşıblar.
Təlim kursunun ikinci günündə nifrət nitqi və insan haqları ilə bağlı əsas termin və anlayışları öyrənən iştirakçılar nifrət nitqi və söz azadlığını fərqləndirməyə yönəlik tapşırıqları yerinə yetiriblər.Üçüncü gün qruplara bölünərək yerli icmalarda nifrət nitqi aktlarını, hədəf qruplarını və mümkün həll yollarını araşdıraraq təqdim ediblər.Günün davamında isə “Rəqəmsal marketinq”, “Avropa Həmrəylik Korpusu”, “Layihə idarəolunması” təlimlərində iştirak ediblər. Növbəti günlərdə faktiki nifrət nitqi hallarını daha dərindən araşdıran iştirakçılar “Teatr Forum” ( “Forum Theatre”) metodu ilə irqçilik, LGBT, Roma cəmiyyətində diskriminasiya məsələlərini göstərərək problemə haradan və necə yanaşmaq lazım olduğunu anlamağa çalışıblar.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy #Erasmus #AlternativiInternational