“Qadınlara qarşı istifadə olunan stereotiplər” mövzusunda ikinci ictimai görüş baş tutdu.

19 İyun 2020

“Qadınlara qarşı istifadə olunan stereotiplər” mövzusunda ikinci ictimai görüş baş tutdu.

19 iyun 2020-ci il tarixində NAYORA və “Gender Talks” təşəbbüs qrupunun təşkilatçılığı ilə “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı ictimai müzakirələr silsiləsinin “Qadınlara qarşı istifadə olunan stereotiplər” mövzusunda ikinci ictimai görüşü baş tutdu.

İctimai müzakirələr silsiləsinin ikinci ictimai görüşü Gender Bərabərliyi üzrə Mütəxəssis və Pedaqoq Zümrüd Cəlilova Huttonun təqdimatında, Gənclərlə iş sahəsində Ekspert Məryəm Məcidovanın moderatorluğu ilə həyata keçirildi.

Görüşün keçirilməsində əsas məqsəd cəmiyyət tərəfindən qadınlara qarşı istifadə olunan stereotiplər səbəblərindən onların özlərinə qapanması, inamsızlıq hallarının qarşısının alınması və qadın hüquqlarının qorunması məsələlərini müzakirə etmək, gənclərin bu mövzularda fəallığını artırmaq olmuşdur.
İctimai görüşdə aktivistlər, feministlər, ictimai fəallar və qadın hüquqları ilə maraqlanan şəxslər iştirak etmiş və öz fikirlərini bölüşmüşdür.

Görüşdə həmçinin sadalanan məsələlərlə bağlı iştirakçıların təklifləri də nəzərə alınmış və qeyd olunmuşdur.

İctimai müzakirədə iştirak edən bütün iştirakçılara fəallıqlarına görə təşəkkür edirik.🤗

Nəzərinizə çatdıraq ki, növbəti həftə baş tutacaq görüşün mövzusu ilə bağlı məlumatlar səhifəmizdə paylaşılacaq.

#QadınZorakılığınaYox #LetYourVoiceBeHeard