“Qələbə Könüllüləri” Ümumrusiya hərəkatının “Qələbə Səfiri” layihəsi baş tutmuşdur

5 Aprel 2019

“Qələbə Könüllüləri” Ümumrusiya hərəkatının “Qələbə Səfiri” layihəsi baş tutmuşdur

Tədbirin məqsədi: İkinci Dünya Müharibəsi zamanı həlak olmuş qəhrəmanları yad etmək, müharibə veteranlarının xatirəsini əbədiləşdirmək və qələbəni layihə iştirakçıları ilə birgə qeyd etmək

Tədbirin formatı və keçirilmə yeri: Forum, Rusiyanın Tula şəhəri

Təşkilatçı(lar): “Qələbə Könüllüləri” Ümumrusiya hərəkatı

İştirakçılar: 1 nəfər ARGTMŞ könüllüsü


4-11 May tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) könüllüsü Asif Qurbanov Rusiyanın Moskva və Tula şəhərlərində keçirilən və 10 mindən çox insanın iştirak etdiyi "Qələbə Könüllüləri" Ümumrusiya hərəkatının “Qələbə Səfiri" layihəsində iştirak etmişdir. Dünyanın 46 ölkəsindən iştirakçıların da qatıldığı layihə zamanı bir sıra təlimlər keçirilmişdir.
Forumun əsas məqsədi, İkinci Dünya Müharibəsi zamanı həlak olmuş qəhrəmanları yad etmək, müharibə veteranlarının xatirəsini əbədiləşdirmək və qələbəni layihə iştirakçıları ilə birgə qeyd etməkdir. NAYORA könüllüsü Asif Qurbanov ilk olaraq Dövlət Kreml sarayında 9 May Qələbə gününə həsr olunmuş konsertdə iştirak etmiş və daha sonra, Moskva şəhərində keçirilən “9 May Qələbə günü” paradında iştirak etmək hüququ əldə etmişdir. İştirakçılar layihənin davamında qəhrəman şəhər Tulaya yollanaraq, bu şəhərdə müharibə zamanı ölənlərin xatirəsinə həsr edilmiş “Ölümsüz Alay”ın təşkilində yaxından iştirak etmişdir.
#NAYORA #9May #QələbəGünü