“Region Gənclərinin I Sahibkarlıq Forumu” baş tutmuşdur

15 Fevral 2019

“Region Gənclərinin I Sahibkarlıq Forumu” baş tutmuşdur

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 15-16 Fevral 2019-cu il tarixində, Gəncə şəhərində “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçirilib.
Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.
Forum çərçivəsində çıxışçılar “Öz biznesinə başla”, “İş həyatında QADIN”, “Girişimciliğin Sihirli Duyquları”, “Turizm sahəsində biznes imkanları və beynəlxalq təcrübə” “Biznesdəki satış” ,“Baku Translation” və “Networking.az“, “Sahibkarlığın inkişafında insan kapitalının rolu” mövzularında təqdimatlar ilə çıxış ediblər.
Tədbirdə NAYORA-nın sədri Məryəm Məcidova da çıxış edərək sosial sahibkarlığın üstünlüklərindən və önəmli məqamları barədə danışaraq “Sahibkarlıq fəaliyyətində 9-dan 6-a iş yanaşması olmamalıdır. Daha çox sevdiyin fəaliyyət sahəsi olmalıdır ki, bu işə tam olaraq enerjinizi, vaxtınızı və diqqətinizi yönləndirə biləsiniz. İş həyatı günümüzün çox hissəsini alır, yəni hansısa bir sosial problemi həll etməyə çalışmaq belə özünə inam, cəmiyyətə qarşı bir məsuliyyət hissi deməkdir.”

#AzeYouthPolicy #NAYORA #BraveHeart #OdlarYurduGIB