“Region ölkələri üçün Dayanıqlı İnkişaf forumu” keçirilmişdir

20 Mart 2019

“Region ölkələri üçün Dayanıqlı İnkişaf forumu” keçirilmişdir

20-22 Mart 2019-cu il tarixində İsveçrənin🇨🇭Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən təşkil olunan “Region ölkələri üçün Dayanıqlı İnkişaf forumu” keçirilmişdir. Tədbirin əsas məqsədi, müxtəlif ölkələrdən olan gəncləri bir araya toplayaraq onlara təcrübələrini bölüşmələrinə və yeni məlumatlar əldə etməklərinə imkan yaratmaqdır.
Görüş zamanı müxtəlif ölkələrdən olan iştirakçılar öz təcrübələrini paylaşaraq 21-22 Mart tarixində baş tutmuş regional forumda vətəndaş cəmiyyəti nümayəndələri adından Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün öz təkliflərini hazırlamış və bu təklifləri regional forumda vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışı zamanı bildirmişlər. Təcrübə mübadiləsi zamanı zamanı Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının Yerli layihələr üzrə katibi Azər Əliyev NAYORA-nın həyata keçirdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı layihələr haqqında və son başladılan “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğu haqqında və əldə olunan nəticələr barədə ətraflı məlumat vermişdir.

#NAYORA #DİM