“Regionlarda gənclərlə işin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilmişdir

22 May 2019

“Regionlarda gənclərlə işin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilmişdir

Tədbirin məqsədi: Gənclərlə iş sahəsində çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması

Tədbirin formatı və keçirilmə yeri: Təlim kursu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhəri

Təşkilatçı(lar): Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

İştirakçılar: ARGTMŞ-nın sədri


22-24 may 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (@mys.az) təşkilatçılığı ilə rayon (şəhər) gənclər və idman idarələrinin əməkdaşları və gənclər evlərinin rəhbərləri üçün “Regionlarda gənclərlə işin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilən tədbirin əsas mahiyyəti Gənclərlə iş sahəsində çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılmasıdır.
24 may tarixində keçirilən təlim kursunda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova "Komanda işi və liderlik" və "Gənclər sahəsində yeni trendlər" mövzuları üzrə təlimçi qismində iştirak etmişdir.
Təlim zamanı gənclərlə iş sahəsində çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması, onlara nəzəri və praktiki biliklərin verilməsi nəzərdə tutulub.


#MysAz #NAYORA