“Rəqəmsal Gənclik İşi və İnnovasiya” adlı tədbir keçirilmişdir

29 May 2019

“Rəqəmsal Gənclik İşi və İnnovasiya” adlı tədbir keçirilmişdir

Tədbirin məqsədi: 20-dən çox ölkənin 100-ə yaxın gəncini bir araya toplayaraq təhsil sahəsində, innovativ işlərdə və ümumi öyrənmə proseslərində rəqəmsallaşdırmanın əhəmiyyətini və tətbiqini müzakirə etmək, iştirakçıların müxtəlif ölkələrdə rəqəmsallaşma ilə bağlı gördükləri işlərlə daha yaxından tanış olmaq, eləcə də müxtəlif ölkələrin təcrübəsindən istifadə etməyə imkan verən vahid məkan yaratmaq

Tədbirin formatı və keçirilmə yeri: Təlim-vorkşop, Polşanın paytaxtı Varşava şəhəri

Təşkilatçı(lar): Erasmus+ Proqramı, Polşa Respublikası Təhsil Nazirliyi və SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi

İştirakçılar: ARGTMŞ-nın İctimaiyyətlə Əlaqələr üzrə katibi

29-31 May 2019-cu il Erasmus + Proqramı, Polşa Respublikası Təhsil Nazirliyi və SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin təşkilatçılığı ilə Polşanın 🇵🇱 paytaxtı Varşava şəhərində “Rəqəmsal Gənclik İşi və İnnovasiya” adlı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi 20-dən çox ölkənin 100-ə yaxın gəncini bir araya toplayaraq təhsil sahəsində, innovativ işlərdə və ümumi öyrənmə proseslərində rəqəmsallaşdırmanın əhəmiyyətini və tətbiqini müzakirə etmək, iştirakçıların müxtəlif ölkələrdə rəqəmsallaşma ilə bağlı gördükləri işlərlə daha yaxından tanış olmaq, eləcə də, müxtəlif ölkələrin təcrübəsindən istifadə etməyə imkan verən vahid məkan yaratmaqdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayeva 3 günlük tədbirdə iştirak edərək müxtəlif ölkələrdən olan mütəxəssislər və təlimçilər tərəfindən keçirilmiş təlimlərdə fəal iştirak etmişdir.
Tədbir zamanı kütləvi rəqəmsallaşma və gündən-günə mükəmməlləşən texnoloji irəliləyişlər erasında gənclərin rolunun əhəmiyyətinin nə dərəcədə mühüm olmasını vurğulamaq və müasir proqramlardan, mobil aplikasiyalardan istifadə etməklə bugünkü dövrdə görüləcək işləri daha tez və yaradıcı şəkildə yerinə yetirməyin üsullarını öyrədən 4 vorkşop və 12 təlim həyata keçirilmişdir.
NAYORA-nın İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayeva “Düşüncəni dizaynlaşdır”, “Təhsil proseslərini dəstəkləyən rəqəmsal gənclik – təcrübə mübadiləsi”, “Gənclik layihələrinin idarə olunması üzrə elektron tətbiq proqramları”, “Rəqəmsal hekayə nəqli üçün mövcud applikasiyalar” adlı vorkşopların mövzular üzrə sürətli dəyişikliklərə hazır olmağa təşviq edən təlimlərdə iştirak edərək, təlimlərdən sonra keçirilmiş gənclər arasında fikir mübadiləsində fəal yer almışdır.
Tədbirin sonunda isə iştirakçılar, təlimçilər və təşkilatçıların nümayəndələri arasında fikir mübadiləsi həyata keçirilmiş, tədbir haqqında ümumi fikirlər paylaşılmış və tədbir bağlanış mərasimi ilə yekunlaşmışdır.

#NAYORA #AzeYouthPolicy