“Sosial şəbəkələrdən düzgün istifadə qaydalarının öyrənilməsi” mövzusunda təlim həyata keçirilib

13 Oktyabr 2019

“Sosial şəbəkələrdən düzgün istifadə qaydalarının öyrənilməsi” mövzusunda təlim həyata keçirilib

Məqsəd: Gənclər arasında sosial şəbəkələrdən düzgün və səmərəli qaydada istifadəni təbliğ etmək

Tədbirin formatı və keçirilmə yeri: Təlim, Mingəçevir Gənclər Evi

Təşkilatçı(lar): ARGTMŞ və“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi

İştirakçılar: 20-ə yaxın gənc

13 oktyabr saat 12:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və "İşıqlı Gələcək" (@ishiqligelecek) Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində "Sosial şəbəkələrdən düzgün istifadə qaydalarının öyrənilməsi" mövzusunda təlim həyata keçirilib. Təlimçi qismində NAYORA-nın İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayeva iştirak edib.
Təlimin həyata keçirilməsində əsas məqsəd gənclər arasında sosial şəbəkələrdən düzgün və səmərəli qaydada istifadəni təbliğ etməkdir. Təlimin yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarı da təbliğ olunub. Təlimin yekununda gənclər öz təəssüratlarını bölüşüb.
#NAYORA #İşıqlıGələcək #MingəçevirGənclərEvi #AzeYouthPolicy #YouthStrategy