“Start it UP, Keep it UP” layihə koordinatorları ilə onlayn görüş keçirildi
25 Noyabr 2020
25 noyabr 2020-ci il tarixində NAYORA-nın Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “Start it UP, Keep it UP” layihəsi çərçivəsində
Türkiyə,
Yunanıstan,
Bolqarıstan,
Şimali Makedoniya və
Xorvatiyadan olan koordinatorlarla onlayn görüşü keçirilmişdir.
Tərəflərin bir araya gəlməsində əsas məqsəd növbəti ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan
“Beynəlxalq Sosial Sahibkarlıq Forumu” haqqında fikir mübadiləsi aparmaq olmuşdur.