“Start it UP, Keep it UP” layihəsi

12 Aprel 2019

“Start it UP, Keep it UP” layihəsi


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsində qalibi olduğu "Start it UP, Keep it UP" layihəsi, 12-18 Aprel tarixlərində Xorvatiyanın Kutina şəhərində, “Institute of Youth Power” gənclər təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib. Təlim kursunun təlimləri sahibkarlığa aid bir çox Erasmus+ layihələrinin təlimçiləri olmuş Zoran Vitanov və İsmail Sehiç tərəfindən həyata keçirilmişdir.
"Start it UP, Keep it UP" layihəsi çərçivəsində Azərbaycan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Latviya və Xorvatiya olmaqla, 6 tərəfdaş ölkənin hər birindən 4 iştirakçı və 1 koordinator iştirak etmişdir. Qeyd olunan tədbirdə NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Məmmədov layihə koordinatoru qismində iştirak etmişdir.
Tədbirin ilk günü iştirakçılar əyləncəli tanışlıq oyunları vasitəsilə bir-biriləri ilə tanış olmuş, öz təcrübələrini bölüşmüş və "Start Up"-ları ilə bağlı təqdimatlar nümayiş etmişlər. Daha sonra iştirakçılara layihə haqqında ətraflı məlumat verilmiş və onlar arasında layihə və layihədən gözləntiləri barədə kiçik müzakirələr həyata keçirilmişdir. Günün ikinci hissəsi isə iştirakçıların bir hissəsi öz sahibkarlıq təcrübələrindən, bu yolda əldə etdikləri müvəffəqiyyətlərdən və uğursuzluqlarından bəhs etmişlər.
İkinci gün iştirakçıların digər hissəsi sahibkarlıq təcrübələri barədə danışmışlar. Daha sonra isə iştirakçılara sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları zaman pul itirməmək üçün effektiv strategiyalar seçməyin üsul və metodları barədə ətraflı məlumat verilmişdir. Günün növbəti hissəsi sosial sahibkarlıq və sahibkarlıq arasında fərqlər haqqında təlimlər keçirilmişdir. İştirakçılar, eyni zamanda, mentorluğun onların üçün nə məna kəsb etməsi, mentor olmaq üçün hədəfləri və ideal mentor olmağın sirləri barədə qruplalarla işləyib öz fikirlərini təlimçilərlə bölüşmüşlər.
Üçüncü gün təlimçilər iştirakçılara “SWOT” analizinə bənzəyən “Johari” diaqramını təqdim etmiş və bu istiqamətdə vətəndaş cəmiyyətində, sosial sahibkarlıq fəaliyyətində iştirakın müəyyən qrup insanlar tərəfindən necə qarşılandığını izah etmişlər.