“Start it UP, Keep it UP” layihəsinin növbəti görüşü keçirilmişdir

23 Sentyabr 2019

“Start it UP, Keep it UP” layihəsinin növbəti görüşü keçirilmişdir

Tədbirin məqsədi: Gəncləri sosial sahibkarlıq sahəsində iştirak etmələri üçün həvəsləndirmək və maarifləndirmək Tədbirin formatı və keçirilmə yeri: Təlim, Şimali Makedoniyanın Skopye şəhəri

Təşkilatçı(lar): ARGTMŞ və Avropa Komissiyası

İştirakçılar: ARGTMŞ-nın Yerli Layihələr üzrə katibi və 4 Azərbaycanlı gənc sosial sahibkar


23-29 sentyabr 2019-cu il tarixində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində "Start it UP, Keep it UP" layihəsinin növbəti görüşü keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və Avropa Komissiyasının maliyyə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi sosial sahibkarlıq mərkəzləri yaratmaq və bu sahədə bacarıqlı mentorlar və təlimçilər yetişdirməklə gələcək potensial sosial sahibkarları dəstəkləməkdir. NAYORA-nın Yerli Layihələr üzrə katibi Azər Əliyevin moderatorluğu ilə keçirilən təlim görüşlərində mentorlar qismində Zaur Ünsizadə, Fidan Rüstəmova, Nigar Ələsgərova və Sara Rəcəbli iştirak ediblər. 1-ci təlim günü iştirakçılar son 6 ay ərzində gördükləri işlər haqqında təqdimatlar nümayiş ediblər. Təqdimat müddətində qarşılaşdıqları problemlər, əldə etdikləri nailiyyətlər və hər ölkə üçün növbəti fəaliyyət planı müzakirə edilib. Növbəti günlərdə iştirakçılar Skopye şəhərində Startup mərkəzləri ilə tanış olublar. Gənclər 26 sentyabr tarixində Startup Grind tədbirində iştirak ediblər. Qeyd edək ki, Startup Grind Şimali Makedoniyada keçirilən ilk beynəlxalq sosial sahibkarlığa həsr edilmiş və 2 milyondan çox sahibkarı fəal şəkildə maarifləndirən, həvəsləndirən və birləşdirən ən böyük müstəqil başlanğıc şəbəkədir. Tədbirdə ölkəmizi sosial sahibkarlıq sahəsində fəaliyyət göstərən Sara Rəcəbli uğurla təmsil etmişdir. Nəzərinizə çatdıraq ki, layihə 2020-ci ilin sonuna qədər davam edəcək.

#NAYORA #AzeYouthPolicy #StartitUPKeepitUP