“Start it UP, Keep it UP” layihəsinin planlaşdırma görüşü baş tutmuşdur

3 Fevral 2019

“Start it UP, Keep it UP” layihəsinin planlaşdırma görüşü baş tutmuşdur

NAYORA-nın sədri Məryəm Məcidova və NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev 3-8 Fevral tarixləri üçün Türkiyənin Eskişehir şəhərində işgüzar görüşdə iştirak edirlər.
Səfərin əsas məqsədi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci il də Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsində qalibi olduğu "Start it UP, Keep it UP" layihəsinin planlaşdırılma görüşüdür. Qeyd edək ki, layihə 2020-ci ilin sonuna qədər davam edəcək və əsas məqsədi gəncləri sosial sahibkarlıq sahəsində iştirak etmək, həvəsləndirmək və maarifləndirməkdir.
Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Latviya və Xorvatiya olmaqla 6 tərəfdaş ölkə iştirak edir.
Nəticə olaraq, qeyd olunan 6 tərəfdaş ölkənin hər birində tərəfdaş təşkilatlar sosial sahibkarlıq mərkəzi yaradacaqlar ki, layihənin ideyasının davamlılığını qorusun və daha çox gənci məlumatlandıraraq dəstək olsunlar.
Layihəylə bağlı tam detallı məlumatlar yaxın müddətdə sizlərə təqdim olunacaq.

#NAYORA #Erasmus+ #AzeYouthPolicy #YouthExchange #Entepreneurship