“Türk Şurası Gənclərinin II Forumu” keçirilib.

23 Aprel 2019

“Türk Şurası Gənclərinin II Forumu” keçirilib.

23-25 Aprel 2019-ci il tarixlərində Qazaxıstanın 🇰🇿 Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu” keçirilib.
Forumda, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş sektorunun müdiri Fuad Babayevin rəhbərliyi ilə gənclər təşkilatlarının rəhbər şəxslərindən ibarət nümayəndəlik də iştirak etmişdir. Forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını, qurumun Baş katibi Hüseyn Məmmədov təmsil etmişdir.
Forumun ilk günündə Türkistan şəhərində fəaliyyət göstərən Əhməd Yəsəvi adına Universitetdə təhsil alan türk dünyası gənclərinin öz mədəniyyətlərinin təqdimatlarından ibarət festivalla Forumun açılış mərasimi baş tutmuşdur.
Daha sonra isə, Türkistan Gənclər Mərkəzində “Türk Şurası Gənclərinin II Forumu” öz işinə start vermiş, Şura gənclərinin əməkdaşlığının gücləndirilməsi və Şuraya üzv ölkələrin gənclərinin gözləntiləri mövzusunda sessiyalar baş tutmuşdur.
Forumun ikinci günü Türk Şurası ölkələri gənclərinin təmsil etdikləri təşkilatlar barədə təqdimatları və mübadilə xarakteri daşıyan görüşlərlə davam etmişdir.
Hüseyn Məmmədov, öz növbəsində NAYORA-nın tarixi, məqsədi, fəaliyyət istiqamətləri, yerli və beynəlxalq layihələr, beynəlxalq əməkdaşlıqlar və ölkəmizdə aparılan gənclər siyasəti barədə təqdimatla çıxış etmişdir.
Bundan əlavə Azərbaycanın forumda iştirak edən nümayəndə heyəti Əhməd Yəsəvi adına Universitetdə təhsil alan həmyerlilərimizlə də məhsuldar görüş həyata keçirmiş, Universitetin təhsil səviyyəsi, şəraiti və gələcək planları istiqamətində müzakirələr aparmışlar.
Konfransın son günü Otrar şəhər tarixi muzeyinə, Arıstan Bab (Arslan Baba) və Ukaşa Ata türbələrinə infoturlar və Universitetdə təhsil alan gənclər tərəfindən hazırlanmış konsert proqramı ilə yekunlaşmışdır.
Qeyd edək ki, orum 23-25 Aprel tarixlərinədək davam edəcək.

#NAYORA #AzeYouthPolicy #AzeYouthExchange