“V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçirilmişdir

5 Fevral 2019

“V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçirilmişdir

Tədbirin məqsədi: Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət

Tədbirin formatı və keçirilmə yeri: Forum, Bakı şəhəri

İştirakçılar: ARGTMŞ-nın sədri (spiker), ARGTMŞ katibliyi və könüllüləri


2-3 May 2019-cu il tarixində Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.
Forumun aralıq sessiyasında “Yeni vasitələr və metodlar tətbiq etməklə gənclərin fərqlilikləri arasında körpünün qurulması: təcrübələrə əsaslanan hekayələr” mövzusunda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova əsas spiker qismində çıxış etmişdir. Məryəm Məcidova bildirib ki, rəhbərlik etdiyi qurum gənclər arasında multikultural dəyərlərin təbliği işini həyata keçirir. O əlavə edib ki, təşkilat Avropadakı donorlarla birlikdə layihələr həyata keçirir. Azərbaycandakı tolerantlıqdan danışan NAYORA-nın sədri vurğulayıb ki, ölkəmizdə müsəlman, xristian, yəhudi gənclər birlikdə fəaliyyət göstərirlər. Azərbaycan Ermənistanla münaqişə vəziyyətində olsa da, bu gün Bakıda erməni kilsəsi mövcuddur. Bu, Azərbaycanın fərqli mədəniyyətlərə və dinlərə dəyər verdiyini göstərir.


#NAYORA